Keçmiş məhkum atasını öldürdü - RƏSMİ
16 noyabr 2019 16:32 (UTC +04:00)

Keçmiş məhkum atasını öldürdü - RƏSMİ

Daxili İşlər Nazirliyi Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Lent.az-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, noyabrın 15-də Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Y. Dadaşov evində münaqişə zəminində atası Mübarizə bıçaqla çoxsaylı xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş yaralı orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Y. Dadaşov saxlanılmış, onun sərxoş halda olması müəyyən edilib.

# 1101
avatar

Oxşar yazılar