Azərbaycanda gənc müəllim evində ölü tapıldı
18 noyabr 2019 10:23 (UTC +04:00)

Azərbaycanda gənc müəllim evində ölü tapıldı

Cəlilabadda evdən meyit aşkarlanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb. 

Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

# 1776
avatar

Oxşar yazılar