American Airlines hava şirkətinin təyyarəsi tüstülənmə səbəbindən Nyu-York hava limanının terminalına qayıdıb.
Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, insident zamanı təyyarənin göyərtəsində ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton olub.
Təyyarə La-Quardiya hava limanından Vaşinqtona uçmalı idi. Təyyarə terminalın on metrliyində olanda yerdəki xidmətin əməkdaşları yerdə təyyarədən qopan hissə aşkar ediblər. Pilotlar dispetçerlərə göyərtədə silkələnmə hiss etdikləri barədə məlumat veriblər.
Bir neçə dəqiqədən sonra təyyarə terminala qayıdıb. Sərnişinlər digər təyyarəyə minməli olublar.