Rayonlarda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon ayrıldı
15 noyabr 2019 17:11 (UTC +04:00)

Rayonlarda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon ayrıldı

Prezident İlham Əliyev "Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncamla zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Dövlət başçısının digər sərəncamıilə zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

# 1081
avatar

Oxşar yazılar