Bakıda Milli Qəhrəmanın heykəlinin açılışı oldu
15 noyabr 2019 15:19 (UTC +04:00)

Bakıda Milli Qəhrəmanın heykəlinin açılışı oldu

Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub.

APA-nın xəbərinə görə, açılış mərasimində müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Dağ yəhudiləri dini icmasının, Albert Aqarunovun ailə üzvləri, deputalar və digər qonaqlar iştirak ediblər.

Albert Aqarunovun heykəli Bakının Nərimanov rayonu ərazisində, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılıb. Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

 

# 1710
avatar

Oxşar yazılar