Sabah Azərbaycanda qar yağacaq - PROQNOZ
15 noyabr 2019 13:01 (UTC +04:00)

Sabah Azərbaycanda qar yağacaq - PROQNOZ

Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz  11-14, Bakıda gecə 8-10, gündüz  12-14 dərəcə  isti təşkil edəcək. 

Noyabrın 16-da qərb rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi  şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı  ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  4-9 dərəcə isti təşkil edəcək. 

 

 

 

# 1784
avatar

Aygün İbrahimli

Oxşar yazılar