Üç evdən oğurluq edən tutuldu
15 noyabr 2019 19:34 (UTC +04:00)

Üç evdən oğurluq edən tutuldu


Yevlaxda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, noyabr ayında Yevlax rayonunun bir qrup sakini rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

Əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb. Araşdırmalarla onun evlərdən 2000 manata yaxın ev əşyaları, ev quşları və nəğd pul oğurladığı müəyyən olunub. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində cinayəti işi başlanılıb, araşdırma aparılır.

# 861
avatar

Mehman Nəbiyev

Oxşar yazılar