İcazəsiz ov edənlər saxlanıldı
14 noyabr 2019 16:27 (UTC +04:00)

İcazəsiz ov edənlər saxlanıldı

 

Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Astara rayonu ərazisində icazəsiz ov edən şəxsləri saxlayıb və onların ov tüfəngləri müsadirə olunub.

Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, araşdırma zamanı ov edənlərin Astara rayon sakinləri Ramin Əliyev, Xəyalət Hüseynov və Ramin Nuriyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri inzibati qaydada 1000 manat cərimə edilib.

# 847
avatar

Aygün İbrahimli

Oxşar yazılar