“Tesla” şirkəti Avropada ilk zavodunu tikir
14 noyabr 2019 19:57 (UTC +04:00)

“Tesla” şirkəti Avropada ilk zavodunu tikir

ABŞ-ın elektromobillərin istehsalı üzrə “Tesla” şirkəti Avropada ilk olmaqla Berlin yaxınlığında böyük zavod tikəcək. 

Lent.az “ictnews”a istinadən xəbər verir ki, “Tesla” şirkətinin rəhbəri İlon Maskın sözlərinə görə, müəssisə hazırda Berlin ətrafında inşası aparılan yeni aeroport yaxınlığında yerləşəcək.

Zavod nəzdində, həmçinin mühəndis və dizayner mərkəzinin açılması nəzərdə tutulur. Şirkət rəhbəri yeni zavodun tikintisi üçün yerin seçilməsini Almaniya mühəndislərinin böyük uğurları, eləcə də Berlinin dünyanın dizayn mərkəzlərindən olması ilə izah edib.

Hazırda “Tesla” ümumilikdə üç zavoda malikdir. Onların ikisi ABŞ-da yerləşir, digəri isə 10 ay əvvəl Çində istifadəyə verilib. Yeni Berlin müəssisəsində “Tesla” şirkəti “Y” modelindən başlayaraq elektromobillərin və onlar üçün batareyaların buraxılışını planlaşdırır.

# 1027
avatar

Oxşar yazılar