Prezident: "Hər bir ölkənin sabitliyi hər bir ölkənin gələcəyi deməkdir"
14 noyabr 2019 13:12 (UTC +04:00)

Prezident: "Hər bir ölkənin sabitliyi hər bir ölkənin gələcəyi deməkdir"

"Dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda Şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərib. Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyev və Şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynayıb".

APA-nın məlumatına görə, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitində çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Şeyx həzrətləri bu gün də dövlət-din münasibətlərinin sağlam zəmində inkişaf etdirilməsi istiqamətində böyük işlər görür, Azərbaycanı dünyada təbliğ edir.

Dövlət başçısı Şeyx həzrətlərinin Azərbaycanın ümumi inkişafına çox böyük töhfə vermiş böyük şəxslərdən biri olduğunu vurğulayıb: "Onun rəhbərliyi ilə aparılan işlər həm Azərbaycan xalqı, həm dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Şeyx həzrətlərinin təşəbbüsü və rəhbərliyi ilə hər il bir neçə ölkədə beynəlxalq mötəbər tədbirlər keçirilir. Həm Azərbaycanda, həm Qafqazda, həm dünyada böyük nüfuz qazanmış Şeyx həzrətləri din-dövlət münasibətlərinin necə tənzimlənməsi istiqamətində atılan addımları ölçüb-biçir və bu addımlar ölkəmizin ümumi inkişafını dəstəkləyir. Çünki hər bir ölkənin sabitliyi hər bir ölkənin gələcəyi deməkdir. Sabitlik pozulan yerlərdə inkişafa da yer qalmır. Əfsuslar olsun ki, son illər ərzində müxtəlif ölkələrdə dini zəmində iğtişaşlar münaqişələr, müharibələr baş alıb gedir. Təəssüf ki, bir çox halda dini şüarlar altında böyük cinayətlər törədilir".

# 724
avatar

Oxşar yazılar