Bu rayonun yol polisinə yeni rəis təyin olundu
14 noyabr 2019 10:41 (UTC +04:00)

Bu rayonun yol polisinə yeni rəis təyin olundu

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis baş-leytenantı Vüqar Məmmədov Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək bir müddət əvvəl Qazax DYPB-nin rəisi vəzifəsində çalışmış Eldəniz Həsənov tutduğu vəzifədən azad edilərək Göygöl DYPB-nin rəisi vəzifəsinə təyinat alıb.

# 1069
avatar

Oxşar yazılar