Narkotiki atıb qaçan şəxs tutuldu
13 noyabr 2019 18:30 (UTC +04:00)

Narkotiki atıb qaçan şəxs tutuldu

 

Lənkəranda  narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 7-də saat 22 radələrində Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində 1 nəfərin sellofan torbanı yerə ataraq “Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Dövlət Gömrük Komitəsinin əməkdaşları Polis Şöbəsinə məlumat verib.

Məlumat əsasında dərhal polis əməkdaşları həmin ünvana gəlib, sellofan torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Liman şəhər sakini E.Bağırov olması müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin də aşkar edilərək götürülüb.

 

# 808
avatar

Mehman Nəbiyev

Oxşar yazılar