Məşhur aktyorun evində toy var - FOTO
11 noyabr 2019 15:38 (UTC +04:00)

Məşhur aktyorun evində toy var - FOTO

Bu gün məşhur aktyor Elman Rəfiyevin oğlunun toyudur.

Bu barədə Azərbaycan Dövlət Pantomim teatrının aktyoru Elman Rəfiyev özü Lent.az-a məlumat verib:

“Bu gün oğlumun toyudur. Oğlum Kamran və gəlinim Səbinə bir-birilərini sevib ailə həyatı qururlar. Mən qızıma da oğluma da demişdim ki, ailə həyatınızın seçiminə özünüz qərar verin. Hər ikisi də öz  sevdikləri ilə ailə qurdu. Bütün balalarımız xoşbəxt olsunlar”.

Qeyd edək ki, toy mərasimində aktyor sənət yoldaşları, müğənnilər, rəqqasların da iştirak edəcəyini bildirib. Aktyorun oğlunun qız toyu isə 2 gün əvvəl olub.

# 6072
avatar

Oxşar yazılar