Sədrin evinə basqın edən  maskalı şəxslərlə bağlı YENİ XƏBƏR - RƏSMİ
11 noyabr 2019 14:12 (UTC +04:00)

Sədrin evinə basqın edən maskalı şəxslərlə bağlı YENİ XƏBƏR - RƏSMİ

Sabirabadda quldurluq hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, noyabrın 1-də Sabirabad rayonu ərazisindən quldurluq hadisəsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Dərhal Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 3 radələrində Qaratəpə kənd bələdiyyə sədri Fatma Hüseynovanın evinə girmiş maskalı şəxslər ev sahibəsinin ağzını yapışqanlı lentlə bağlayaraq, onunla birgə yaşayan bacısının isə əllərini və ağzını tutaraq pul vermələrini tələb ediblər. Bu zaman digər ailə üzvləri səsə-küyə gəldiklərindən onlar istədiklərinə nail ola bilməyərək hadisə yerindən qaçıblar.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən ediliblər.

Baş Cinayət Axtarışı İdarəsi, Sabirabad RPŞ və Qaradağ RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini E.Abdullayev və Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılıblar.

# 1841
avatar

Mehman Nəbiyev

Oxşar yazılar