Başı kəsilən məktəbli qızla bağlı ARAŞDIRMA BAŞLANILDI - YENİLƏNİB
08 noyabr 2019 15:58 (UTC +04:00)

Başı kəsilən məktəbli qızla bağlı ARAŞDIRMA BAŞLANILDI - YENİLƏNİB

Baş Prokurorluq sosial şəbəkədə 8-ci sinifdə oxuyan məktəbli qızın başının kəsilməsilə bağlı yayılan video ilə əlaqədar araşdırmaya başlayıb.

Bu barədə Lent.az-a qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O bildirib ki, sosial şəbəkədə yayılan videonun hansı ərazidə baş verməsini müəyyənləşdirmək üçün bütün rayon prokurorluqlarına və polis şöbələrinə məlumat göndərilib:

"Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

***

saat: 15:10

Başı kəsilən və 8-ci sinif şagirdi olduğu iddia edilən qızın sosial şəbəkədə yayılan videosu hər kəsin hiddətinə səbəb olub. Deyilənə görə, adı naməlum olan yeniyetmə qız hamilə olub və bu səbəbdən Rusiyada yaşayan atasının tapşırığı ilə əmisi tərəfindən başı kəsilib.

Sosial şəbəkədə yayılan məlumatlardan sonra izləyicilərin bəziləri hadisənin Bakıda, bəziləri isə Şəmkirdə baş verdiyini bildiriblər.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə Bakıda baş verməyib.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan saytımıza Şəmkirdə sözügedən hadisənin qeydə alınmadığı bildirilib.

Daxili İşlər Nazirliyi də sosial şəbəkədə yayılan məlumatları təkzib edib.

# 6884
avatar

Mehman Nəbiyev

Oxşar yazılar