“Qalatasaray” 47 ildən sonra antirekordunu təkrarladı
07 noyabr 2019 10:55 (UTC +04:00)

“Qalatasaray” 47 ildən sonra antirekordunu təkrarladı

Türkiyənin “Qalatasaray” klubu avrokuboklarda ən ağır məğlubiyyət antirekordunu təkrarlayıb.

APA-nın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin IV turunun “Real”la Madriddəki qarşılaşmada 0:6 hesabı ilə uduzan “sarı-qırmızılar” tarixində ikinci dəfə belə acınacaqlı məğlubiyyətlə üzləışib.

İstanbulluların avrokuboklarda 6 top fərqi ilə uduzduğu ilk qarşılaşma 1972/73 mövsümünə təsadüf edib. 47 il öncə - 1972-ci il sentyabrın 27-də Münhendə “Bavariya” “Qalatasaray”a 6 cavabsız qol vurub. Bu, Çempionlar kubokunun 1/16 final mərhələsində baş verib.

Ümumilikdə isə “Qalatasaray” avrokuboklarda 32-ci dəfə böyükhesabla uduzub.

Qeyd edək ki, “Qalatasaray” cari mövsüm avrokubokların qrup mərhələsində qol vurmayan yeganə komandadır. İstanbullular keçirdikləri 4 görüşdə rəqib qapısına yol tapmayıblar. Çempionlar Liqasının digər 31, Avropa Liqasının 48 iştirakçısı arasında isə fərqlənməyən komanda qalmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232

Oxşar yazılar