Xatun qalmaqalda olduğu Natavanın şəklini paylaşdı - NƏ YAZDI?
07 noyabr 2019 10:43 (UTC +04:00)

Xatun qalmaqalda olduğu Natavanın şəklini paylaşdı - NƏ YAZDI?

Müğənni Xatun Əliyeva küsülü olduğu həmkarı Natavan Həbibiyə barışıq jesti edib.

Lent.az-ın məlumatına görə, o, Natavanın şəklini İnstaqram səhifəsində paylaşaraq, "Özlədim söhbətini, o səsini özlədim" sözlərini yazıb. Onun paylaşımına Natavan cavab verməyib.

Qeyd edək ki, Natavanla Xatun uzun illəridir küsülüdür.  Xatun "ATV maqazin onlarla" verilişində Natavanı "anakonda" adlandırmışdı:

"Natavan deyir ki, mən qızılam, brilyantam, məni istəyin. Hər nöqsanımla, aqressiyamla, süni gülüşlərimlə məni qəbul edin. Axı elə deyil. Çox qeyri-səmimidir və onunla danışmıram. Əmr verən hərəkətlər edir: ”Otur yerində”. Şou-biznesin qırığına da, bütövünə də canım qurban. Allah adamı yarımçığından qorusun.

Mənə uşağıyammış kimi davranmağı lazım deyil. Natavan, Səidə, Kərim, Ramal və mən qruplaşma yaratmışdıq. Natavan da orada "anakondalıq" edirdi. Mən də dedim ki, otur yerində. Allah köməyi olsun".

# 1972
avatar

Yalçın UĞUR

Oxşar yazılar