313
18:55
06 Noyabr 2019

Minik maşını "KamAZ"la toqquşdu: yaralananlar var

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini 36 yaşlı Poladxanov Ramin Elxan oğlunun idarə etdiyi "Hyundai" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü və sərnişini, 27 yaşlı Hilal Müslümov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.