Yüksək sürət qəzaya səbəb oldu - FOTO
06 noyabr 2019 03:57 (UTC +04:00)

Yüksək sürət qəzaya səbəb oldu - FOTO

0

 

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Dövlət Statistika Komitəsinin qarşısında qeydə alınıb.

İnşaatçllar küçəsində yüksək sürətlə hərəkətdə olan 90-VV-871 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan "AzSamand" markalı avtomobilə çırpılıb.

Zərbənin gücündən "Hyundai" fırlanaraq əks yolda səkiyə çıxıb.

Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1068

Oxşar yazılar