Heydər Əliyev Fondundan Oqtay Gülalıyevin müalicəsinə DƏSTƏK
05 noyabr 2019 16:16 (UTC +04:00)

Heydər Əliyev Fondundan Oqtay Gülalıyevin müalicəsinə DƏSTƏK

Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürüb.

Bu barədə Lent.az-a O.Gülalıyevin yaxınları məlumat veriblər. Məlumatda bildirilib ki, artıq fond nümayəndələri hüquq müdafiəçisinə baş çəkiblər:

"Eyni zamanda, nümayəndələr dedilər ki, ehtiyac yaranarsa, O.Gülalıyevin müalicəsi üçün xarici ölkələrdən birinə göndərilməsinə dəstək veriləcək".

Qeyd edək ki, hüquq müdafiəçisini oktyabrın 29-da axşam saatlarında maşın vurub və oktyabrın 30-da əməliyyat edilib. Hazırda O.Gülalıyev Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1571

Oxşar yazılar