“Facebook” loqotipini dəyişdi - FOTO
05 noyabr 2019 13:51 (UTC +04:00)

“Facebook” loqotipini dəyişdi - FOTO

“Facebook” şirkəti loqotipini dəyişib.

Lent.az məlumat verir ki, bununla bağlı şirkətin özü məlumat yayıb. Bildirilib ki, şirkət işə tək bir proqram olaraq başlayıb:

“15 il keçdikdən sonra insanların dostları və ailəsi ilə ünsiyyətinə, sosiallaşmasına, eləcə də biznesin inkişafına təkan verən məhsullar paketi təklif etdik".

Loqotipin dəyişməsində məqsəd həm də şirkət və eyni adlı tətbiqin fərqləndirilməsidir.

 Şirkətin yeni loqotipinin digər variantında “Instagram”, “WhatsApp” və digər şirkətlərin rəng çalarlarından istifadə edilib.

Xatırladaq ki, “Facebook” şirkəti və sosial şəbəkəsini 2004-cü il fevralın 4-də iş adamı Mark Zukerberq yaradıb.

 

# 1155
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar