309
11:33
04 Noyabr 2019

“Bavariya”nın darmadağını Kovaçın “evini yıxdı”

Münhenin “Bavariya” klubunun baş məşqçisi Niko Kovaç istefaya göndərilib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu qərar tərəflərin qarşılıqlı razılaşması əsasında qəbul olunub.

Baş məşqçi vəzifəsini klubun məşqçilər heyətinə daxil olan Hans Flik icra edəcək.

“Bavariya” noyabrın 2-də Almaniya çempionatının 10-cu turunda 1:5 hesabı ilə “Ayntraxt”a uduzub.

Komanda hazırda turnir cədvəlində 4-cü sıradadır. 18 xalı olan Münhen klubu lider “Borrusiya”dan (Münhenqladbah) 4 xal geridə alır.

Niko Kovaç “Bavariya”ya 2018-ci ilin yayından rəhbərlik edirdi. Klub onun rəhbərliyi altında Almaniya çempionatının, Kubokun və ölkə Superkubokunun qalibi olub.