225
09:59
04 Noyabr 2019

İki maşın toqquşdu, bir ailənin 6 üzvü xəstəxanalıq oldu

Bərdədə “Vaz”-ların iştirakı ilə ağır qəza baş verib.

Lent.az -ın məlumatına görə, hadisə dünən saat 20 radələrində Bərdənin Babək küçəsində qeydə alınıb.

24 yaşlı Tərtər rayonu, Poladlı kənd sakini Salahov Rəşid İfrayıl oğlunun idarə etdiyi “Vaz 21099” markalı avtomobillə, 61 yaşlı əslən Laçından olan Bərdə rayonu, Mollalı kənd sakini Atakişiyev Həsən Əlaslan oğlunun idarə etdiyi “Vaz 2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və “Vaz 2107"nin sərnişinləri - 27 yaşlı Atakişiyeva Sevinc Namiq qızı, 51 yaşlı Atakişiyeva İradə Nofəl qızı, 5 yaşlı Atakişiyeva Aysu Qərib qızı, 4 yaşlı Atakişiyev Sərxan Qərib oğlu və 33 yaşlı Atakişiyev Qərib Həsən oğlu xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.