İstehlak kreditləri ilə bağlı YENİ QAYDA
03 noyabr 2019 09:15 (UTC +04:00)

İstehlak kreditləri ilə bağlı YENİ QAYDA

İstehlak kreditinin riskinin maksimum miqdarına dair yeni məhdudiyyət müəyyənləşib.

APA-nın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da dəyişiklik edib.

Qərara əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır.

Dəyişiklik noyabrın 30-dan qüvvəyə minir.

# 1386
avatar

Oxşar yazılar