Müharibə və Çernobıl əlillərinə 50 avtomobil verilib
02 noyabr 2019 11:28 (UTC +04:00)

Müharibə və Çernobıl əlillərinə 50 avtomobil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı daha 50 avtomobil müharibə və Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir müavini Mətin Kərimli avtomobillə təminat tədbirlərinin ildən-ilə gücləndirildiyini deyib. Bildirib ki, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin müharibə əlillərinə və onlara bərabər tutulan əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan yeni verilən 50 avtomobil də daxil olmaqla cari ildə artıq 427  avtomobil təqdim edilib. Bununla  indiyədək həmin vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Tədbirdə ictimai birliklərin rəhbərləri Azərbaycanda sosial inkişaf proseslərinin,  vətəndaş rifahının təminatı, həssas kateqoriyalardan olan vətəndaşlara qayğının artırılması istiqamətində aparılan işlərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar