FHN Bakıda yağışdan zərər görənlərə kömək göstərdi
01 noyabr 2019 18:21 (UTC +04:00)

FHN Bakıda yağışdan zərər görənlərə kömək göstərdi

0

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının iki rayonunda yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması nəticəsində köməksiz qalan sakinlərə köməklik göstərib.

Lent.az-a FHN-dən verilən cəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1184

Oxşar yazılar