Qaraciyər paştetinin hazırlanması - Usta öz sirlərini açır:  - Lent.az-ın mətbəxi
01 noyabr 2019 18:27 (UTC +04:00)

Qaraciyər paştetinin hazırlanması - Usta öz sirlərini açır: - Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla qaraciyər paştetinin necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

1 kq qaraciyər, 200 qr qoz, 300 qr yağ,  5 ədəd yumurta, 3 ədəd kök, 2 ədəd dəfnə yarpağı, 1 diş sarımsaq, 4-5 yumru istiot, duz və qırmızı istiot.

Hazırlanma qaydası:

İlk öncə ciyərin pərdəsini soyub, doğrayırıq sonra içərisinə 1 ədəd soğan, dəfnə yarpağını, qara istiotu əlavə edib qoyuruq bişməyə. Ciyər qaynamağa başlayanda üzərinə yığılan köpükləri götürüb, 1 qaşıq duz əlavə edirik. Digər qabda yumurta ilə kökü bişiririk. Sonra soğanları tavada qızardırıq və içərisinə bişirdiyimiz ciyərləri və kökü əlavə edib qovururuq. Daha sonra ciyərləri 3 dəfə ət maşınından keçiririk. Üzərinə isə qozu bir dəfə ət maşınında keçirib duz, istiot və yağı əlavə edib qarışdırırıq. Sonra salafanı taxtanın üzərinə qoyub ət maşınından keçirdiyimiz ciyərləri salafanın üstünə yığırıq və yayırıq. Üzərinə isə yağ çəkirik və salafanda rulet kimi büküb soyuducuya yerləşdiririk. 4-5 saat soyuducuda saxladıqdan sonra doğrayıb süfrəyə veririk.

Nuş olsun! 

# 1531
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar