Çoxfunksiyalı <span style="color:red;">TƏLƏBƏ KARTI  - Yeni Layihə
01 noyabr 2019 11:00 (UTC +04:00)

Çoxfunksiyalı TƏLƏBƏ KARTI - Yeni Layihə

 
 
Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə "Smart tələbə kartı" layihəsinə start verilib.
 
"APA-Economics"in məlumatına görə, layihənin icrası ilə bağlı bu gün UNEC-də təqdimat mərasimi təşkil olunub.
 
Bildirilib ki, kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirə biləcəklər. Eyni zamanda regionda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək.
 
Tələbələr smart kartı oxuduqları universitetə, UNEC-ın kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.
 
Gələcəkdə sözügedən tələbə kartının əhatə imkanlarının daha da genişlənməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur.
 
Qeyd edək ki, layihə “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar