
Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı həkimindən AÇIQLAMA - YENİLƏNİB

“Beynində açıq əməliyyat aparıldı və hazırda reanimasiya şöbəsindədir. Artıq hər şey bərpa prosesindən asılı olacaq”.
***
15:30
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin əməliyyatı bitib.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hüquq müdafiəçisi hələlik əməliyyat blokundadır:
"20 dəqiqəyə reanimasiya şöbəsinə düşürüləcək".
***
13:04
Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata götürülüb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, O.Gülalıyevin yerləşdirildiyi özəl klinikadan nazirliyə verilən məlumata görə, Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ancaq ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib:
"Səhiyyə Nazirliyi özəl klinikaya Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişi barədə məlumat veriləcək".
***
11:57
"Hüquq müdafiəçisi Oqtay Gülalıyevi axşam saatlarında vuran avtomobilin sürücüsü Kliniki Tibbi Mərkəzə gətirib".
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar:
"Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisələrindən birinə köçürüblər. O.Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".

Hicranə Əlişqızı
Oxşar yazılar

Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07
Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54