
Xəzərdəki partlayışda yaralananların SON VƏZİYYƏTİ
0
0
SOCAR-ın qayığında dünən baş verən partlayış zamanı xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 3 nəfərin vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata görə, yaralılardan birinin müalicəsi reanimasiya şöbəsində davam edir və vəziyyəti ağır qiymətləndirilir, digər iki nəfər isə cərrahiyyə şöbəsində palataya köçürülüblər. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.
0
0