
Qaranlıqda fokuslana bilən güzgüsüz kamera - SATIŞDA
“Fujifilm” şirkəti qaranlıqda fokuslana bilən “X-Pro3” adlı yeni güzgüsüz kamerasını təqdim edib.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, qurğunun korpusu titandan hazırlanmış xarici elementlərə malikdir. Kameranın sensor formatı APS-C, təsvir ölçüsü isə 26,1 meqapikseldir.
Çəkilmiş şəkillərin emalı ilə “X-Processor 4” prosessoru məşğul olur. Kameranın avtofokus sistemi – 6 EV göstəricisinə kimi işıqlandırma ilə işləyir. İşığa həssaslıq göstəricisi ISO 80-51200 aralığındadır.
Qurğunun fırlanan ekranının diaqonalı 3,5 düymdür. Kamera HDR rejimini dəstəkləyir. Həmçinin “Fujifilm X-Pro3” kamerasında müxtəlif stillərin imitasiyası üçün öncədən müəyyənləşdirilmiş rejimlər (Velvia, Eterna, Monochrome, neqativ və eyni tonlu işıq) mövcuddur.
Satışa çıxarılan qara rəngli versiyanın qiyməti 1800 dollardır.
Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17