Azərbaycanın bu ərazilərində qaz olmayacaq - <span style="color:red;">DİQQƏT!
24 oktyabr 2019 09:24 (UTC +04:00)

Azərbaycanın bu ərazilərində qaz olmayacaq - DİQQƏT!

Oktyabrın 24-də səhər saat 09:00-dan etibarən “Qaz İxrac” İdarəsi “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 45-ci km-də aşkar olunmuş qaz sızmasının ləğvi işlərini həyata keçirəcək.

"Azəriqaz"dan Lent.az-a daxil olan məlumata görə, bu zaman Sumqayıt şəhərində məcburi köçkünlər üçün inşa olunmuş yaşayış qəsəbəsində qaz təminatında fasilələr olacaq. Bundan başqa bir sıra yenidənqurma işlərinin icrası ilə bağlı Qazax rayonunun bir neçə yaşayış məntəqəsində də gün ərzində qaz təchizatında müvəqqəti dayandırmalar gözlənilir.

# 916
avatar

Oxşar yazılar