1186
16:17
23 Oktyabr 2019

Ramiz Mehdiyev Azərbaycanda Təhlükəsizlik Şurasına seçildi

Azərbaycanda Təhlükəsizlik Şurasının tərkibi dəyişdi.
Prezidentin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman imzalanıb.
Fərmanda bildirilir:
"Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin".