
Yük maşınında 39 nəfərin meyiti tapıldı - İngiltərədə
İngiltərənin Essex bölgəsində yük maşınında 39 nəfərin meyiti aşkarlanıb.
APA-nın "The Telegraph" qəzetinə istinadən verdiyi xəbərə görə, onlardan biri azyaşlıdır.
Meyiti tapılan şəxslərin miqrant olduğu bildirilir.
Polis faktla bağlı 25 yaşlı Şimali İrlandiya vətəndaşını şübhəli şəxs qismində saxlayıb.
Polisdən bildirilib ki, yük avtomobili İngiltərəyə oktyabrın 19-da Bolqarıstandan gəlib.
"Bir neçə nəfərin həyatını itirdiyi faciə ilə üz-üzəyik. Nə baş verdiyini anlamağa çalışırıq. Hazırda meyitlər müayinə olunur. Lakin bu proses uzun çəkə bilər", - deyə Endryu Mariner adlı polis səlahiyyətlisi qeyd edib.
Meyitlər aşkarlandıqdan sonra əraziyə çoxlu polis və təcili yardım cəlb edilib.

Oxşar yazılar

Ərdoğan: “Dilimiz fransız və ingilis mənşəli ifadələrlə doludur”
21 yanvar 2021 , 06:22
Çindən yüksək çinli 28 ABŞ vətəndaşına SANKSİYA
21 yanvar 2021 , 03:53
Bayden and içdi: ABŞ tarixində TAM FƏRQLİ MƏRASİM - FOTO - YENİLƏNİB
20 yanvar 2021 , 21:54
Tramp və xanımı Ağ Evi tərk etdi
20 yanvar 2021 , 19:00
Ana doğuşdan sonra körpəsini öldürdü-FOTO
20 yanvar 2021 , 16:44
Bayden imzalayacağı ilk qərarları açıqladı: ŞOK MƏQAMLAR
20 yanvar 2021 , 16:22
Uyğur soyqırımından dəhşətli faktlar: Sanksiyalar gözlənilir
20 yanvar 2021 , 14:01
Putin buzlu suya girib ayin icra etdi -VİDEO
20 yanvar 2021 , 13:40