
Avtobuslarda bu əşyalar itib - FOTO
Sentyabr ayı ərzində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobuslarda sərnişinlərin ununduğu (itirdiyi) 9 ədəd pulqabı, 6 ədəd çanta, 1 ədəd mobil telefon, 1 ədəd gödəkçə, 1 ədəd jaket, 1 ədəd Sim kart, 1 ədəd “BakıKart” və 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi sahiblərinə təhvil verilib.
Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Bildirilib ki, eyni zamanda, sahiblərinə çatdırılması üçün 6 nəfərə məxsus şəxsiyyət vəsiqəsi “Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin, 9 ədəd pulqabı, 3 ədəd açar, 2 ədəd mobil telefon, 2 ədəd bank kartı, 2 ədəd çətir, 2 ədəd eynək, 1 ədəd çanta, 1 ədəd bijuteriya üzük, 1 ədəd Sim kart, 1 ədəd qeyd dəftəri və 1 ədəd qulaqcıq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar “BakuBus”da saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”dan ala bilərlər.
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd vəəşyaların “BakuBus”a daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus”a məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən vətapılan əşyalar” bölməsində yerləşdirilir.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27