23192
15:05
21 Oktyabr 2019

Bakıda bu binaların sakinlərini köçürməyə başladılar - SİYAHI

Nazirlər Kabineti 2019-cu ilin əvvəlində paytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul edib və artıq Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb.
Bu barədə Lent.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonundan sonra Binəqədi, Yasamal, Səbail, Suraxanı və Xətai rayonunda da olan qəzalı binalardakı sakinlərin köçürülməsinə başlanılacaq.
Sözügedən qəzalı binalar bunlardır:
- Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Ağasadıq Gəraybəyli küçəsi, 41,
- Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A.,
- Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150,
- Səbail ray. 20-ci sahə, A.İsmayılov küçəsi, 51,
- Suraxanı rayonu, Park küç., 32,
- Suraxanı rayonu, S.Bəhlulzadə dön., 17 ev 15,
- Suraxanı rayonu, İ. Məmmədov küç. 6,
- Suraxanı rayonu, İ. Məmmədov küç. 8,
- Xətai rayonu, General Şıxlinski küçəsi 42.
Qeyd edək ki, Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 bina mövcuddur. Onlar Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A.Əsədullayev küçəsi, 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D.Pişəvari küçəsi, 13Q və D.Pişəvari küçəsi,15 ünvanlarındakı köhnə tikililərdir.