
İki ayda bütün ailəsini itirdi - FOTO
Antalyanın Serik rayonunda yaşayan 45 yaşlı Əminə Kumaz son 2 ayda həyat yoldaşını beyin qanamasından, uşaqları, 15 yaşlı Okay ilə 18 yaşlı qızı Ayşe Kumazı da motosiklet qəzasında itirib.
Lent.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, hər gün həyat yoldaşı və uşaqlarının məzarını ziyarət edib, şəkillərindən təsəlli tapmağa çalışan Əminə Kumaz orqanlarını bağışladığı Ayşe üçün, "Mənim uşağım ölmədi. Bir yerlərdə yaşayır", - deyir.
Serikin Boğazkent məhəlləsində yaşayan Okay Kumaz ilə bacısı Ayşe Kumaz sentyabrın 27-də motosikletlə gəzintiyə çıxıb. Okay Kumazın istifadə etdiyi motosiklet maşınla toqquşub.
Motosikletdən yıxılan və ikisində də kaska olmayan bacı və qardaş ağır yaralanıb. Serik Dövlət Xəstəxanasına yerləşdirilən Okay Kumaz bütün müdaxiləyə baxmayaraq həyatını itirib. Aralıq dənizi Universiteti Xəstəxanasında müalicəyə olunan Ayşe Kumaz isə oktyabrın 3-də beyin ölümü gerçəkləşib. Ana Əminə Kumaz qızının ürək, qaraciyər, ağciyər və böyrəklərini bağışlayıb.
Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46