
Qadını öldürən marşrutun rəhbəri danışdı: "20-30 sürətlə gedirdi"
Qadın piyadanı vuran sürücünün kimliyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında 34 yaşlı Kəmalə Əliyevanı vuran 67 nömrəli marşrut avtobusu "Menlok" sərnişindaşıma məxsusdur. Hadisə ilə əlaqədar "Menlok" MMC-nin rəhbəri Hikmət Bağırov Lent.az-a danışıb: "Hadisə bu gün səhər tezdən baş verib. İbrahim Hacıyevin idarə etdiyi 67 nömrəli marşrut avtobusu depodan gündəlik fəaliyyətə başlamaq üçün çıxıb. Sürəti 20-30 olub. Piyadanı isə döngədə vurub. Döngədə isə aydındır ki, avtobusun sürəti bundan artıq ola bilməz. Özüm də hadisə baş verən yerə baş çəkmişəm. Qadın piyada keçidindən 10-15 metr kənarda yolu keçirmiş".
Hazırda faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
saat: 10:22
Avtobus sürücüsü saxlanılmayıb.
Bu barədə Lent.az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan daxil olan xəbərdə hadisəni törədən 67 nömrəli marşrut avtobusu sürücüsünün hələ də saxlanılmadığı bildirilib.
saat: 09:41
Bakıda sərnişin avtobusu qadın piyadanı vurub.
Hadisə bu gün səhər Binəqədi rayonunda qeydə alınıb. 67 saylı xətt üzrə hərəkət edən avtobus 1985-ci il təvəllüdlü Əliyeva Kəmaləni vurub.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası qadını 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıb.
Məkəzdən verilən məlumata görə, K.Əliyeva bədənin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb və daxili qanaxması olub. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib.
(Trend)
Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15