Messi, Suares və Qrizmann “Barselona”ya qələbə qazandırdı
19 oktyabr 2019 18:39 (UTC +04:00)

Messi, Suares və Qrizmann “Barselona”ya qələbə qazandırdı

 
 
“Barselona”nın futbolçuları İspaniya çempionatının 9-cu turunda “Eybar”ı səfərdə 3:0 hesabı ilə qalib gəliblər.
 
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kataloniya klubunun heyətində Antuan Qrizmann (13-cü dəqiqə), Lionel Messi (58-ci dəqiqə) və Luis Suares (66-cı dəqiqə) fərqləniblər.  
 
“Barselona” bu oyundan sonra 19 xal toplayıb və İspaniya çempionatında liderliyə yüksəlib. “Eybar” 9 xalla 14-cü sıradadır. 
 
“Barselona” növbəti turda öz meydanında “Real” ilə qarşılaşmalıdır. Lakin həmin oyun başqa vaxta keçirilib. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967

Oxşar yazılar