Azəri qızı Günel yenidən müzakirələrə səbəb oldu: <span style="color:red;">bu dəfə ...
19 oktyabr 2019 17:01 (UTC +04:00)

Azəri qızı Günel yenidən müzakirələrə səbəb oldu: bu dəfə ...

Türkiyədə 19 il əvvəl müğənni İbrahim Tatlısəs tərəfindən kəşf edilən Azəri qızı Günelin estetik əməliyyatlarla dəyişilməsi müzakirələrə səbəb olub.
 
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Oy Didem” adlı klipdə çəkiləndən sonra yaddaşlarda iz buraxan Günelin əvvəlki və yeni şəkilləri paylaşılıb.
 
Bildirilib ki, 33 yaşlı müğənni Günel burun, çənə əməliyyatı etdirib, eləcə də dodaq və qaşlarını da dəyişdirib.
 
Qeyd olunub ki, Günel hazırda sosial mediada çox fəaldır və onu 730 mindən çox şəxs izləyir.
 
Bundan başqa, 2017-ci ildə yeni albom buraxan müğənni müsahibəsində İbrahim Tatlısəs haqqında bu sözləri deyib:
 
“Onun haqqını ödəyə bilmərəm. Tatlısəs imperatordur. Məni onun sayəsində tanıdılar və qulaq asıb sevdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4347

Oxşar yazılar