Kataloniyada müstəqillik tərəfdarlarının tətilləri Barselonada 42 aviareysin ləğvinə səbəb olub
18 oktyabr 2019 05:30 (UTC +04:00)

Kataloniyada müstəqillik tərəfdarlarının tətilləri Barselonada 42 aviareysin ləğvinə səbəb olub

 

Kataloniyada baş qaldıran kütləvi tətillər səbəbindən “Vueling” və “Iberia” aviaşirkətləri Barselonada ümumilikdə 42 reysi ləğv edib.

APA xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, “Vueling” 36 reysin, “Iberia” isə daha 6 reysin ləğvinə qərar verib. Tətillərin digər daşıyıcılara təsir edəcəyi istisna deyil.

# 597
avatar

Oxşar yazılar