Həmsədrlər səfərin yekunlarına dair bəyanat yaydı
17 oktyabr 2019 18:04 (UTC +04:00)

Həmsədrlər səfərin yekunlarına dair bəyanat yaydı

 
 
ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar.
 
APA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, həmsədrlər oktyabrın 15-də Yerevanda Ermənistan Baş naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər, hər iki ölkənin paytaxtında bu ölkələrin xarici işlər və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.
 
Səfər zamanı həmsədrlər Dağlıq Qarabağın de-fakto rəhbərliyi, Bakıda isə həmsədrlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ilə də görüşüblər.
 
Dağlıq Qarabağda olarkən vasitəçilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi tərəfindən humanitar məsələlər haqqında məlumatlandırılıblar. 
 
Bəyanatda qeyd olunub ki, hər iki ölkənin liderləri həmsədrlərə Aşqabatdakı MDB ölkələri sammitində aralarında olan son söhbət barədə məlumat verərək, münaqişənin həlli prosesinin irələməsi üçün ideyalarını təqdim ediblər. Həmsədrlər ölkələrin əhalisinin sülhə hazırlanması və gərginliyin azaldılması üzrə təhlükəsizlik və humanitar tədbirlərin icra olunması prespektivlərini alqışlayır. 
 
Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aparılan monitorinqlərin vacibliyini bir daha vurğulayıb.
 
Onlar tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan işlərin dəstəklənməsi və monitorinq missiyaları ilə bağlı potensial maneələri aradan qaldırmağa çağırıb. 
# 557
avatar

Oxşar yazılar