Vanna otağının dekorasiyasında nələrə diqqət etməliyik?
20 oktyabr 2019 18:51 (UTC +04:00)

Vanna otağının dekorasiyasında nələrə diqqət etməliyik?

Lent.az-da "Evimizi bəzəyək" layihəsində növbəti yazımızı təqdim edirik.
 
Evin digər otaqları kimi vanna otağının da gözəl olması üçün bəlli bir büdcə sərf olunur. Bəzən dekorasiya jurnallarından görüb seçdiyimiz dizaynla səhv etmiş oluruq ki, bu da daha çox xərc deməkdir. Amma hamamınızı dekorasiya edərkən bunları nəzərə alsanız, daha yaxşı nəticə əldə edə bilərsiniz.
 
Öncə diqqət etməliyik ki, seçəcəyimiz metlaxlar sürüşkənliyi ilə gələcəkdə qəzalara səbəb olmasın. Metlaxların sürüşkən olması uşaqlar üçün daha çox təhlükə sayılır. Bundan başqa, hamam otağına seçdiyimiz mebellər və digər əşyalar vanna otağının kvadratına görə seçilməlidir və yalnız lazım olan əşyalara üstünlük verilməlidir. 
 
Havalandırma sistemi vanna otağı üçün olduqca vacib məsələdir. Hamamda havalandırma sisteminin quraşdırılmaması ciddi yanlışlıqdır. Vanna otağında yol verilə biləcək digər yanlışlıqlardan biri də qapının arxasına yerləşdirilən unitazdır. Əgər vanna otağında unitaz quraşdırılırsa, qapı açılanda dəyib mane olmayacaq hissədə olmalıdır. Digər vacib amillərdən biri də işıqlandırma sistemidir. İşıqlandırma sistemi nə çox zəif, nə də həddindən artıq güclü olmamalıdır. Bunlarla yanaşı, vanna otağında istifadə edilən bəzək əşyalarını seçərkən sadəliyə üstünlük verilsə, daha gözəl görüntü ortaya çıxar. Çox şey istifadə etməkdənsə, orta və ya böyük ölçülü güzgü ilə vanna otağının daha geniş və səliqəli görünməsinə nail ola bilərsiniz. Hamam böyükdürsə, kiçik ölçülü güzgülərlə məkanı daha geniş göstərmək olar.
 
Qeyd edək ki, vanna otağında təmizlik üçün nəzərdə tutulan, həm də şəxsi gigiyenik məhsullarınızı yerləşdirəcəyiniz bir şkaf olmalıdır. Bu şkafı əl yuyulanın altında yerləşdirsək, daha düzgün olar. Ancaq həmin şkafları divarda qura və ya küncdə də yerləşdirə bilərik. Bu da vanna otağının dekorasiyasına görə nəzərə alınmalıdır.
 
# 836
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar