
Joze Mourinyo İngiltərəyə qayıda bilər
İngiltərənin “Tottenhem” klubu baş məşqçi dəyişikliyinə hazırlaşır.
APA-nın məlumatına görə, London təmsilçisinin rəhbərliyi portuqaliyalı məşqçi Joze Mourinyo ilə əlaqə saxlayıb.
İngiltərəlilər tanınmış mütəxəssisi baş məşqçi postuna gətirmək niyyətindədir. Danışıqlar müsbət nəticələnsə, J.Mourinyo bu vəzifədə Maurisio Poçettinonu əvəzləyəcək.
“Tottenhem” mövsümün startında uğursuz çıxış edib. Premyer Liqanın 8 turundan sonra 9-cu sırada qərarlaşan londonlular Çempionlar Liqasında əvvəl “Olimpiakos”a qalib gələ bilməyib, ardınca “Bavariya”ya 2:7 hesabı ilə uduzub. Liqa kubokunda isə komandanı ikinci liqa təmsilçisi “Kolçester” mübarizədən kənarlaşdırıb. Bu uğursuzluqlardan sonra M.Poçettinonun istefası gündəmə gəlib.
Qeyd edək ki, J.Mourinyonun son iş yeri “Mançester Yunayted” olub.
Oxşar yazılar

“Ayntraxt”ın hücumçusunun yeni sevgilisi: gözəl modellə dincəlir - FOTOLENT
4 iyul 2025 , 10:15
Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19