
"Aç gündəliyini, baxım neçə qiymət almısan? - Məhəbbət Vəliyeva valideynləri qınadı
"Əvvəlki dövrlərlə müqayisədə valideynləri məktəblərə cəlb etmək çətinləşib. Bunun da obyektiv və subyektiv səbəbləri var". APA-nın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, valideynlər bəzən prioritetləri düzgün müəyyənləşdirə bilmirlər: "Valideynləri tədris prosesinə cəlb etməklə onların uşaqlarına olan münasibətini köklü şəkildə dəyişə bilərik. Bu mənada məktəblərdən yeni yanaşmalar və modellər gözləyirik. Amma valideyni yalnız valideyn iclasına çağırmaqla iş bitmir. Yaxud da məktəbdə hər hansı bayram tədbiri keçirəndə uşağının səhnədə necə çıxış etməsinə baxmaq üçün çağırmaq lazım deyil. Bu gün valideynlər daha ciddi məsələlər üçün məktəbə gəlməlidir. Onların diqqətinə müasir dövrün tələbləri çatdırılmalıdır".
M. Vəliyeva bildirib ki, bəzən valideynlərin övladlarının ixtisas seçimlərinə müdaxiləsini görürük: "Valideynlər əgər müasir dövrün tələblərini, gələcəkdə əmək bazarında ehtiyacları bilsələr, təhsilə münasibətləri də dəyişəcək".
Nazir müavini eyni zamanda qeyd edib ki, təəssüf ki, bu gün hələ də bəzi məktəblərin sinif otaqlarında elektron lövhə sadəcə lövhə kimi istifadə olunur: "Halbuki lövhə böyük imkanlar daşıyıcısıdır. Bunu həm direktor bilməlidir, həm də valideynlərin diqqətinə çatdırmaq lazımdır. Bu gün valideynlər övladı evə gələndə "aç gündəliyini, baxım neçə qiymət almısan?" sualını verməməlidir. Valideyn başa düşməlidir ki, qiymətdən vacib onun uşağının dərs zamanı yiyələndiyi bilik və bacarığın səriştəsidir".
Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26
İnsanların fərqli yaşlanmasının sizin bilmədiyiniz 3 SƏBƏBİ
1 iyul 2025 , 18:12