
Putinlə Səudiyyə kralı arasında görüşdə hərbi əməkdaşlıqdan söz açılıb
Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman bin Əbdüləziz Əl Səud arasında keçirilən görüşdə hərbi və texniki əməkdaşlıq məsələləri müzakirə edilib.
APA TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Səudiyyə Ərəbistanına mümkün “S-400” raket sisteminin tədarükü məsələsinə gəldikdə isə Peskov qeyd edib ki, bununla bağlı hələlik konkret razılaşma yoxdur, lakin belə bir plan var.
O, iki ölkə arasında hərbi əməkdaşlıq dialoqunun davam etdiriləcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 14-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Səfər zamanı neft prosesi, Suriya və Fars körfəzindəki vəziyyətin sabitləşdirilməsi üçün fəaliyyətin əlaqələndirilməsi, eləcə də İsrail-Fələstin münasibətlərinin tənzimlənməsi danışıqlar mövzusunun tərkib hissəsi olub. İki ölkə liderləri, həmçinin qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrini müzakirə ediblər.
Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14