Küləkli hava nə qədər davam edəcək? - PROQNOZ
13 oktyabr 2019 12:26 (UTC +04:00)

Küləkli hava nə qədər davam edəcək? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu  gecə 15-18° isti, gündüz  23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti təşkil edəcək.
 
Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.  
 
Oktyabrın 14-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 12-17° isti, gündüz  25-30° isti,  dağlarda gecə 5-10° isti, gündüz  15-20° isti təşkil edəcək.
# 910
avatar

Oxşar yazılar