Xoşqədəmi, zaurları <span style="color:red;">TƏNQİD ETDİ : "Orasına-burasına toz sovuran..." - <span style="color:red;">VİDEO
11 oktyabr 2019 11:55 (UTC +04:00)

Xoşqədəmi, zaurları TƏNQİD ETDİ: "Orasına-burasına toz sovuran..." - VİDEO

Azərbaycanlı dj Tural Yusifov qalmaqallı açıqlama verib.

Lent.az-ın canlı yayımında qonaq olan dj Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamalın aparıcılığını bəyənmədiyini deyib:

“Zaur Baxşəliyevi, Nanəni şəxsən tanıyıram. Amma onların sadiq tamaşaçısı deyiləm. Hesab etmirəm ki, bizdə zaurların, Xoşqədəmin, Nanənin verilişləri kimi verilişlər olmalıdır. Hesab etmirəm ki, o tip aparıcılıq olmalıdır. Bu verilişlərə ehtiyac görmürəm. Düşünürəm ki, onlar daha yaxşı veriliş edə bilərlər. Misal gətirirlər ki, Rusiyada Malaxov var. Guya onlar səviyyədi? Rusiyada elə verilişin olması yaxşı demək deyil ki. “Rusiyada, Türkiyədə var, bizdə də olsun”, prinsipi ilə razı deyiləm. İndi bizim hazırladığımız verilişləri 80-cı illərdə Amerika televiziyaları edib. Adıçəkilən aparıcılar daha çığırtısız, bağırtısız, onun-bunun orasına-burasına toz sovuran qoşmamaqla veriliş edə bilərlər. Əgər istəsələr. Amma onlara belə rahatdır. Məsələn, daha səviyyəli verilişlər etmək üçün İctimai Televiziyaya 1 il lazım oldu”.

Qeyd edək ki, sözügedən mövzu ilə bağlı açıqlamaya müsahibənin 52-ci dəqiqəsindən sonra baxa bilərsiniz.

 

# 4943
avatar

Yalçın UĞUR

Oxşar yazılar