368
23:22
10 Oktyabr 2019

İki şəxsi bıçaqlayıb, sonra özünə xəsarət yetirdi - TƏFƏRRÜAT - YENİLƏNİB

Tovuzda Tariyel Tağıyevin bıçaqla xəsarət yetirdiyi şəxslər polis əməkdaşları olub.
APA -nın yerli bürosnun məlumatına görə, polis əməkdaşları - Toğrul Əsgərov və Məmmədəli Əsgərli narkotik aludəçisi olan 34 yaşlı T.Tağıyevi şübhəli şəxs qismində saxlamaq istəyərkən o, polis əməkdaşlarına bıçaqla xəsarət yetirib. Daha sonra T.Tağıyev özünü bıçaqlayıb. Hər üç şəxs xəstəxanaya müraçiət edib. Onlara yardım göstərilib. T.Tağıyev polis nəzarətindədi. Faktla bağlı araşdırma aparılır.
****
21:15
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rauon sakini, 1985-ci il təvvəllüdlü Tağıyev Tarıyel Sərdar oğlu Qovlar şəhər sakinkəri – 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu və 1990-ci il təvəllüdlü Əsgərov Məmmədli Xəqani oğlu ilə mübahisə edib.
Nəticədə T.Tağıyev mübahisə etdiyi hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisədən sonra T.Tağıyev özünə bıçaqla xəsarət yetirib.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.