
Dronların QƏNİMİ - Yeni təqdimat - FOTO
ABŞ-ın “Anduril” startapı digər dronların məhvi üçün nəzərdə tutulan “Interceptor” pilotsuz uçan aparatını nümayiş etdirib.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, məlumata görə, “Interceptor” müəyyən bina və ya obyekt, məsələn, hərbi baza və ya həbsxana ətrafında hava məkanına nəzarət edən kiçik kvadrokopterdir.
Xüsusi kompüter görmə sistemi vasitəsilə dron digər pilotsuz uçan aparatların havada görünməsini izləyir. Qayda-qanunu pozan aparat aşkarlanan zaman “Interceptor” operatordan hücum üçün icazə aldıqdan sonra tarana gedir.
Bildirilir ki, bu, “Anduril” startapının kəşf etdiyi ilk texnologiya deyil. Belə ki, müdafiə texnologiyaları sahəsində ixtisaslaşan startap bir müddət əvvəl ABŞ və Meksika sərhədini qanunsuz keçən miqrantların aşkarlanması üçün nəzərdə tutulan “Lattice” kompüter görmə sistemini təqdim edib. Hazırda sistem bir neçə ABŞ idarələri tərəfindən istifadə olunur.
Oxşar yazılar

157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29
Sensasion açıqlama: ABŞ nüvə obyektlərini vuracağını əvvəlcədən İrana deyib
30 iyun 2025 , 04:27
Nüvə müharibəsi baş verərsə, dünya ilə nə olacaq? – Ekspertdən dəhşətli PROQNOZ
29 iyun 2025 , 19:59
İran İsraillə yeni müharibəyə başlaya bilər – İDDİA
29 iyun 2025 , 16:47